Yuxarı

Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb

Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb

322

2017-ci ildə millət vəkillərinə 2,5 mln. manata yaxın maaş veriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək. "Report" xəbər verir ki, bu, Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi