Azərbaycanda fəaliyyət göstərən xarici bankın kredit portfelinin yarısı problemlidir

Azərbaycanda fəaliyyət göstərən xarici bankın kredit portfelinin yarısı problemlidir Bankda problemli kreditlərin həcmi və payı artıb
Maliyyə
7 May , 2015 09:06
Azərbaycanda fəaliyyət göstərən xarici bankın kredit portfelinin yarısı problemlidir

Bakı. 7 may. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialının aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% artaraq 2015-ci il aprelin 1-nə 84,3 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, nağd pul vəsaitlərinin həcmində isə 18,3% azalma müşahidə olunub. Aprelin 1-nə Bankın kredit portfeli 10,9 mln. manat təşkil edib ki, bunun da 5,7 mln. manatı istehlak kreditlərinin payına düşüb.

Hesabata əsasən, cari il aprelin 1-nə Bankda kredit portfelinin 48,02%-nin və ya 5,2 mln. manatının vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə vaxtı keçmiş kreditlərin həcmi 4,2 mln. manat olmaqla kredit portfelinin 47,12%-ni əhatə edib.

"Bank Melli İran-Bakı"nın nizamnamə kapitalı ötən ilin müvafiq dövründən dəyişməz qalaraq 51,4 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi