Azərbaycanda əmtəə dövriyyəsi 3%-dən çox artıb

Azərbaycanda əmtəə dövriyyəsi 3%-dən çox artıb Əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi isə 2,4% artıb
Maliyyə
15 Aprel , 2016 13:13
Azərbaycanda əmtəə dövriyyəsi 3%-dən çox artıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6 793,4 mln. manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 1 784,6 mln. manatlıq ödənişli xidmət göstərilib. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2016-cı ilin I rübü ilə bağlı açıqladığı hesabatda qeyd edilir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 2,4% artıb, ticarət şəbəkəsində 3 429,9 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 363,5 mln. manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Qeyd edək ki, bu ilin ilk rübündə 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 10,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0% artıb.

Son xəbərlər

Orphus sistemi