​Azərbaycanda əmtəə dövriyyəsi 2,7% artıb

​Azərbaycanda əmtəə dövriyyəsi 2,7% artıb Əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirdə 1,7% artım olub
Maliyyə
17 May , 2016 21:00
​Azərbaycanda əmtəə dövriyyəsi 2,7% artıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda 2016-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 8738,5 mln. manatlıq məhsul satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xidmət subyektləri tərəfindən 2238,8 mln. manatlıq ödənişli xidmət göstərilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,7%, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 1,7% artıb, ticarət şəbəkəsində 4364,6 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4373,9 mln. manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Son xəbərlər

Orphus sistemi