​Azərbaycanda orta aylıq əmək haqqı 4,4% artıb

​Azərbaycanda orta aylıq əmək haqqı 4,4% artıb Ölkədə orta aylıq əmək haqqı 460 manatı keçib
Maliyyə
15 Oktyabr , 2015 13:26
​Azərbaycanda orta aylıq əmək haqqı 4,4% artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artaraq 460,1 manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmək haqqı neft sektorunda 2101,3 manat, qeyri-neft sektorunda 420,1 manat təşkil edib. Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,3 manat, özəl sektorunda isə 603,5 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Yanvar-avqust aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 12,7% artaraq 793,2 manata çatıb. Əmək haqqının daha çox artımı mədənçıxarma sənayesində, zərgərlik məmulatlarının, avtomobil, qoşqu və yarımqoşquların, əczaçılıq məhsullarının, hazır metal məmulatlarının, tütün məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri müəssisələrində müşahidə olunub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 17,4 % artaraq 1000,1 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi