Azərbaycanda əmanətlərin dollarlaşması 13 faiz bəndi azalıb

Azərbaycanda əmanətlərin dollarlaşması 13 faiz bəndi azalıb Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi fevraldakı azalmanın ardınca martda artıma keçdikdən sonra apreldə yenidən azalmağa başlayıb.
Maliyyə
11 İyun , 2018 16:28
Azərbaycanda əmanətlərin dollarlaşması 13 faiz bəndi azalıb
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi fevraldakı azalmanın ardınca martda artıma keçdikdən sonra apreldə yenidən azalmağa başlayıb. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il mayın 1-nə 7 881,4 mln. manat təşkil edib ki, bunun da 4 993,5 mln. manatı və yaxud 63,4%-i xarici valyutada yerləşdirilib. Bu nisbət aprelin 1-də 64,1% olub. Başqa sözlə, apreldə əmanətlərin dollarlaşması 0,7% bəndi azalıb. İlin əvvəlindən dollarlaşma səviyyəsində 3,1% bəndi , illik müqayisədə isə 13,2% bəndi azalma qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi