Azərbaycanda əmanətçilərə kompensasiya ödənişi avtomatlaşdırılacaq

Azərbaycanda əmanətçilərə kompensasiya ödənişi avtomatlaşdırılacaq Azad Cavadov: "Bunun üçün ADIF-in Daxili İşlər Nazirliyinin bazasına çıxışı olmalıdır"
Maliyyə
18 Aprel , 2017 11:59
Azərbaycanda əmanətçilərə kompensasiya ödənişi avtomatlaşdırılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Gələcəkdə Azərbaycanda bağlanmış kommersiya banklarının qorunan əmanətçilərinə kompensasiya onların şəxsiyyət vəsiqəsinin PİN kodu əsasında ödəniləcək.

“Report”un məlumatına görə, bu barədə Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bununla da əlavə prosedurlara, ərizə formasının doldurulmasına, əmanət kitabçasının Fonda təqdim edilməsinə ehtiyac olmayacaq: “Amma bunun üçün ADIF-in Daxili İşlər Nazirliyinin bazasına çıxışı olmalıdır”.

Son xəbərlər

Orphus sistemi