Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb Bakı. 23 mart. REPORT.AZ/ Bu ilin ilk iki ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 1274,2 milyon manata çatıb.
Maliyyə
23 Mart , 2018 16:29
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb
Report

Bakı. 23 mart. REPORT.AZ/ Bu ilin ilk iki ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 1274,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 933,8 milyon manatlıq xidmət göstərilib. Bu isə xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 130,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,6 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.

Son xəbərlər

Orphus sistemi