Yuxarı

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri cüzi artıb

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri cüzi artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 327,7 mln. manat təşkil edib. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7% çoxdur. 

Hesabat dövründə ödənişli xidmətlərin 73,2%-ni hüquqi şəxslər, 26,8%-ni isə fiziki şəxslər göstərib. 

2 ay ərzində hər bir ölkə sakini orta hesabla 134,5 manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox dəyər malik müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi