Yuxarı

Azərbaycanda əhalinin nağd avro tələbatı artıb

Avroya tələb yay mövsümü ilə əlagələndirilir

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin iyun ayında əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı 18 721,4 min təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyun ayında əhalinin avro tələbi may ayı ilə müqayisədə 11 620,1 min və ya 1,6 dəfə artıb. 

Ümumiyyətlə, əhali 2016-cı ildə kommersiya banklarından 99 558,7 min xalis avro alışı həyata keçirib.

Keçən ilin iyununda isə bankların əhaliyə xalis avro satışının həcmi 77 244,3 min təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, əhalinin avroya tələbinin artması əsasən iyun ayında Avropa ölkələrinə tətilə gedənlərin sayının mövsümi olaraq çoxalmasından irəli gəlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi