Azərbaycan əhalisinin gəlirləri artıb

Azərbaycan əhalisinin gəlirləri artıb Azərbaycanda əhalinin gəlirlərinin artım tempi inflyasiyanı qabaqlayır
Maliyyə
15 May , 2015 12:53
Azərbaycan əhalisinin gəlirləri artıb

Bakı. 15 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 12,6 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 1 333,0 manat və ya ayda orta hesabla 333,3 manat olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım tempi istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4 faiz olub.

Bu dövr ərzində gəlirlərin 74,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və üzvlük haqları, 13,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 11,4 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.

Son xəbərlər

Orphus sistemi