Yuxarı
    Bağlamaq

    Azərbaycanda əhalinin gəlirləri 8,5% artıb

    Gəlirlərin 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib

    Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5% artaraq 25 682,7 mln. manata çatıb.

    Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 670,9 manat və ya ayda 381,6 manat təşkil edib.

    Bu dövr ərzində gəlirlərin 77,0%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11,2%-i isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 23 349,9 mln. manat olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi