Yuxarı

​Azərbaycanda əhalinin banklara borcları gəlirlərinə uyğunlaşdırılacaq

Azərbaycan Mərkəzi Bankı istehlak kreditləşməsi sahəsində yeni tənzimləyici tədbirlərin tətbiqinə hazırlaşır

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin sonuna kimi Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin istehlak kreditləşməsi sahəsində yeni tənzimləyici tədbirlərin tətbiqini nəzərdə tutur. "Report"un məlumatına görə, bunu AMB-nin baş direktoru Rəşad Orucov bəyan edib.

Planlaşdırılan tədbirlər yeni təlimatların tətbiqini nəzərdə tutur ki, bu da əhalinin bank borc yükünü gəlirlərə uyğunlaşdırılmasına, onun təxminən 40-50%-ni təşkil etməsinə yönəldiləcək.

Ümumilikdə, R.Orucovun sözlərinə görə, Mərkəzi Bankın istehak kreditləşməsi sahəsində məhdudlaşdırıcı addımları artıq müsbət nəticələr verib və hazırda ipoteka kreditləri istisna olmaqla istehlak kreditlərinin artım tempi təxminən 10%-ə düşüb.

AMB-nin baş direktoru həmçinin bildirib ki, istehlak kreditləri sahəsində, o cümlədən, avtomobil kreditləşməsində Mərkəzi Bank hər hansı dəyişiklik nəzərdə tutmur və hesab edir ki, bazar artıq yeni qaydalara uyğunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi