​Azərbaycanda əhalinin 1/4-nin adı borcalanlar siyahısındadır

​Azərbaycanda əhalinin 1/4-nin adı borcalanlar siyahısındadır MKR: Son bir ildə borcalanların sayı 20% artıb
Maliyyə
6 Dekabr , 2014 15:46
​Azərbaycanda əhalinin 1/4-nin adı borcalanlar siyahısındadır

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda rəsmi olaraq borcalanların ümumi sayı 2,263 mln. nəfərə çatıb. "Report"un Mərkəzləşdirilmiş Kredit Reyestrinə istinadən verdiyi xəbərə görə, bura cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir.

Mərkəzi Bankın hesabatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə borcalanların sayının 20% artdığını göstərir.

Borcalanların 2,231 mln. nəfərini fiziki, 10,7 min nəfərini hüquqi şəxslər, 19,7 min nəfərini sahibkarlıq subyektləri təşkil edib. Fiziki şəxslərin sayında illik 20,4%, hüquqi şəxslərin sayında isə 8,3% artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, 2014-cü il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 9,564 mln. nəfər olub. Bu da ölkə əhalisinin təxminənn 23%-nin və ya dörd nəfərdən birinin borcalan siyahısında olduğunu göstərir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri fiziki və hüquqi şəxslərin məbləğlərindən asılı olmayaraq, bütün kreditlər haqqında məlumatların toplandığı elektron məlumat bazasıdır.

Son xəbərlər

Orphus sistemi