Azərbaycanda ƏDV-nin differensiallaşdırılması təklif olunur

Azərbaycanda ƏDV-nin differensiallaşdırılması təklif olunur Bu, Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə əksini tapıb
Maliyyə
13 Aprel , 2016 16:15
Azərbaycanda ƏDV-nin differensiallaşdırılması təklif olunur

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda əlavə dəyər vergisinin 18% səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasının həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.

"Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

"Qeyri-neft (qeyri-xammal) sektorunun daha da şaxələndirilməsi və daxili istehsal hesabına inkişafının sürətləndirilməsi, idxaldan asılılığın minimum səviyyəyə endirilməsi, istehlakın daima stimullaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi kimi hədəflərə nail olunması istiqamətində görülən tədbirlərə əlavə dəstək kimi Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə ƏDV-nin 18% səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasının da həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur", - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi