​Azərbaycanda dövriyyədəki nağd pul kütləsi artmağa başlayıb

​Azərbaycanda dövriyyədəki nağd pul kütləsi artmağa başlayıb Nağd pul kütləsinin həcmi 2014-cü ilin iyul ayından azalırdı
Maliyyə
8 İyul , 2015 15:25
​Azərbaycanda dövriyyədəki nağd pul kütləsi artmağa başlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi iyunun 1-nə 7 597,3 mln. manat təşkil edib. Bu, mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 178,7 mln. manat və ya 2,4% çoxdur. Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd edək ki, dövriyyədə olan nağd pul kütləsi 2014-cü ilin iyul ayında maksimal həddə çatıb və 11 144,4 mln. manat təşkil edib. Bundan sonra göstərici aybaay azalma tendensiyası nümayiş edib və yalnız may ayında yüksəlişə keçib.

Xatırladaq ki, pul bazası iyul ayının 1-nə 7 983,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi