​Azərbaycanda dövriyyədə olan pul azalıb - TƏHLİL

​Azərbaycanda dövriyyədə olan pul azalıb - TƏHLİL Kommersiya banklarının AMB-nin vəsaitlərinə ehtiyacı artıb
Maliyyə
16 Aprel , 2015 13:50
​Azərbaycanda dövriyyədə olan pul azalıb - TƏHLİL

Bakı. 16 aprel. REPORT.AZ/ Cari ilin fevral ayında Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi beynəlxalq ehtiyatları 13,2% və ya 1,68 mlrd. manat azalaraq mart ayının 1-nə 11,004 mlrd. manat təşkil edib. İlin əvvəli ilə müqayisədə isə azalma 20% (2,75 mlrd. manat) olub. Keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 23,8% (3,44 mlrd. manat) azalıb.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hesabat dövründə rəsmi ehtiyat aktivlərinin həcmi 4,426 mln. dollar və ya 37,6% azalaraq 7,341 mlrd. dollar, qiymətli kağızlara sərmayələr isə 42,8% azalaraq 4,237 mlrd. dollar təşkil edib.

Bununla yanaşı bildirilir ki, martın 1-nə pul bazası 9,736 mlrd. manat təşkil edib və bu göstərici son bir ayda 1,024 mlrd. manat və ya 9,5% azalıb. Yəni, dövriyyədə olan nağd pul və ya bankların AMB-dəki müxbir hesablarda qalıqlarının azalması baş verib.

AMB-nin banklara olan tələbi isə fevralda 212 mln. manat və ya 12,5% artıb. Yəni, bankların Mərkəzi Bankın vəsaitlərinə ehtiyacı artıb. Artım, devalvasiyadan sonra valyuta riski ilə üzləşən banklara maliyyə dəstəyi nəticəsində yaranıb.

Son xəbərlər

Orphus sistemi