Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 6 illik minimuma enib

Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 6 illik minimuma enib "Report": Nağd pulun həcmi fevraldan artmağa başlayacaq
Maliyyə
8 Fevral , 2016 16:44
Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 6 illik minimuma enib

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanda 2016-cı il yanvar ayının 1-nə dövriyyədə olan nağd pul kütləsinin həcmi 5 416,8 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, dövriyyədə olan nağd pulun həcmi noyabr ayının yekunu ilə müqayisədə 321,3 mln. manat və ya 5,6% azalıb və 2015-ci ilin ən minimal həddinə çatıb. Ümumiyyətlə, bu göstərici 2009-cu ildən etibarən müşahidə olunan ən aşağı səviyyədir.

Keçən ilin analoji dövrü ilə müqayisədə dövriyyədə olan nağd pulun həcmi 5 429,1 mln. manat və ya 2 dəfə azalıb. Hesabat ili ərzində dövriyyədə olan nağd pul ancaq may ayında 120,5 mln. manat və ya 1,7% artıb.

"Report"un analitik qrupu fevral ayından etibarən manatın möhkəmlənməsi fonunda dövriyyədə olan nağd pul həcminin artacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi