Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalıb Son bir ildə isə nağd pul kütləsinin həcmi 32% artıb
Maliyyə
10 Mart , 2017 17:13
Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2017-ci il fevral ayının 1-nə 6 541 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 3 aylıq artımdan sonra azalıb. Belə ki, ötən ilin oktyabr ayında artım 96,9 mln. manat və ya 1,56%, noyabrda 41,3 mln.manat və ya 0,66%, dekabrda isə 628,6 mln. manat və ya 9,9% olub. Yanvar ayının 1-i ilə müqayisədə nağd pulun həcmi 419,8 mln. manat və ya 6,03% azalıb. Ötən ilin analoji dövrü ilə müqayisədə nağd pulun həcmi 1 586,3 mln. manat və ya 32,02% artıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. Fevral 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 603,4 mln. manat və ya 41,3% aşağıdır.

"Report" agentliyinin analitik qrupu hesab edir ki,  AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya edərək, qiymətli kağızlar bazarında istiqraz satışı vasitəsilə dövriyyədə olan nağd pul kütləsini azaldır.

Son xəbərlər

Orphus sistemi