​Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı 38% artıb

​Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı 38% artıb Kredit kartları ilə aparılan əməliyyatların həcmi 21% çoxalıb
Maliyyə
6 Fevral , 2015 16:24
​Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı 38% artıb

Bakı. 6 devral. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan kredit kartlarının ümumi sayı illik müqayisədə 38,22% və ya 360 min ədəd artaraq 2015-ci il yanvarın 1-nə 1,302 mln. ədədə çatıb. Ötən ilin dekabr ayında isə artım 2,93% və ya 37 min ədəd olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, dekabr ayında bu kartlar vasitəsilə 245 mln. manat həcmində 1,221 mln. əməliyyat həyata keçirilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayında 28,33%, əməliyyatların həcmində isə 20,69% artım olub.

Kredit kartları ilə ölkə daxilində aparılan əməliyyatların 617 mini bankomat, 654 mini isə POS-terminallar vasitəsilə aparılıb. Bankomatlar vasitəsilə aparılan əməliyyatlar illik müqayisədə 42% artaraq 142 mln. manat, POS-terminallar üzrə isə 6% artaraq 53 mln. manat təşkil edib.

Cari il yanvarın 1-nə ölkədə ümumilikdə dövriyyədə olan ödəniş kartlarının sayı 5,965 mln. ədəd təşkil edib. Bunun 4,663 mln. ədədi debet kartları, o cümlədən 2,426 mln. ədədi sosial, 1,444 mln. ədədi əmək haqqı, 794 min ədədi isə digər debet kartları olub.

Son xəbərlər

Orphus sistemi