Yuxarı

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 60 dəfə azalıb

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verib. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 dəfə azdır.

Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,5% və yaxud 185 manat artaraq 40 883 manat, kreditlərin orta müddəti 1 ay artaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02 faiz bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,5% və yaxud 1,4 manat azalaraq 296,1 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi