Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 53% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 53% azalıb Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 6,1 milyon manat ipoteka krediti verilib.
Maliyyə
28 Fevral , 2020 14:23
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 53% azalıb
pexels.com

Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 6,1 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 53,1% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 86,2% azalaraq 3,5 milyon manata enib. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 17,8 milyon manat olub (ötən il eyni dövründə Fond büdcədən vəsait almayıb).

Son xəbərlər

Orphus sistemi