Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 26,5 milyon manat ipoteka krediti verilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 27,4% azdır.
Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 89,5% azalaraq 4,6 milyon manata enib. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 17,8 milyon manat olub (ötən ilin eyni dövründə Fond büdcədən vəsait almayıb).