Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 12% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 12% artıb İndiyədək dövlət xətti ilə 710 mln. manatlıq ipoteka krediti verilib
Maliyyə
5 Oktyabr , 2015 16:25
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 12% artıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Cari il oktyabr ayının 1-dək Azərbaycanda 17 536 ailə dövlət ipoteka proqramından yararlanaraq mənzil sahibləri olub. "Report"un Azərbaycan İpoteka Fonduna (AİF) istinadən verdiyi xəbərə görə, indiyədək verilmiş ipoteka kreditlərinin ümumi həcmi 709,723 mln. manatdan çoxdur. Beləliklə, dövlət ipoteka kreditləşməsi ilin əvvəlindən 12,22% artıb.

Bildirək ki, AİF xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi cari ilin əvvəlində 632,466 mln. manata, ipoteka kreditlərinin sayı isə 15 829 olub.

Bildirək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.

Hazırda 30 bank AİF-in müvəkkil kredit təşkilatları siyahısındadır.

Fond 588 mln. manatlıq aktivlərinin mükəmməl idarə edilməsi və "sabit" proqnozlu "BBB-" reytinqi ilə ölkənin kapital bazarının aparıcı maliyyə institutlarından biridir.

Son xəbərlər

Orphus sistemi