Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11% azalıb Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 65,9 milyon manat kredit verib.
Maliyyə
1 İyun , 2020 18:27
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11% azalıb

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 65,9 milyon manat kredit verib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 10,4 dəfə azalaraq 7,3 milyon manata düşüb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 50% artaraq 30 milyon manata çatıb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 3,8 dəfə artaraq 75,6 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi