Azərbaycanda dövlət xətti ilə ipoteka krediti götürənlərin sayı 20 mini keçib

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti götürənlərin sayı 20 mini keçib Azərbaycan İpoteka Fondunun kredit portfeli 870 mln. manata çatıb
Maliyyə
28 Sentyabr , 2017 15:42
Azərbaycanda dövlət xətti ilə ipoteka krediti götürənlərin sayı 20 mini keçib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 20 210 nəfərə ipoteka krediti verilib.

“Report” bu barədə AİF-ə istinadən xəbər verir.

Məlumata görə, hazırda Fondun ipoteka portfeli 869 678 546 manat təşkil edir. Bu, hər borcalana orta hesabla 43 032 manat ipoteka krediti verilməsi deməkdir.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 366 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi