Azərbaycanda dövlət rüsumları artırılır

Azərbaycanda dövlət rüsumları artırılır Bakı. 6 iyun. REPORT.AZ/ Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları dəyişdirilir.
Maliyyə
6 İyun , 2018 10:29
Azərbaycanda dövlət rüsumları artırılır
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları dəyişdirilir.

“Report”bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə istinadən xəbər verir.

Belə ki, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum Bakı şəhəri üzrə 200 manatdan 250 manata qaldırılır. Bu dövlət rüsumunun Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70%-i, digər regionlar üzrə isə 50%-i məbləğində ödəniləcək.

Qeyd edək ki, hazırda rüsum Bakı şəhəri üzrə 200 manat, digər şəhər və rayonlarda isə 80 manatdır. 

Layihəyə əsasən, müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi