Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 68% üstələyib

Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 68% üstələyib Bu gün Bakı Fond Birjasında qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
4 Aprel , 2017 17:17
Azərbaycanda dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 68% üstələyib

Bakı. 4 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102005540 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 9 investor 23 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 554 300 manat (təkliflən 67,67% çox) olub.

Sifarişlər 95,5247 manat (19,0001%) - 96,6207 manat (14,1842%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95,7503 manat (17,9998%), orta ölçülmüş qiyməti 96,0317 manat (16,7586%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 7 iyul 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi