​Azərbaycanda dövlət ipoteka kreditləşməsi bu il 15% artıb

​Azərbaycanda dövlət ipoteka kreditləşməsi bu il 15% artıb Bu il ayrılan ipoteka kreditlərinin sayı 13% artıb
Maliyyə
28 Dekabr , 2015 18:23
​Azərbaycanda dövlət ipoteka kreditləşməsi bu il 15% artıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanda indiyədək dövlət ipoteka proqramı çərçivəsində 17 946 nəfərə ümumilikdə 728,447 mln. manat həcmində ipoteka krediti verilib. "Report"un Azərbaycan İpoteka Fonduna (AİF) istinadən verdiyi xəbərə görə, nəticədə dövlət ipoteka kreditləşməsinin həcmi ilin əvvəlindən 15,2% artıb.

Bildirək ki, AİF xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi cari ilin əvvəlində 632,466 mln. manat, ipoteka kreditlərinin sayı isə 15 829 olub (artım - 13,4%).

Qeyd edək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 ildir.

Son xəbərlər

Orphus sistemi