Azərbaycanda dövlət hesabına aviaparkın yenilənməsi təklif edilir

Azərbaycanda dövlət hesabına aviaparkın yenilənməsi təklif edilir Son dövrlər ölkədən maliyyə vəsaitlərinin çıxarılması artıb
Maliyyə
31 May , 2016 13:50
Azərbaycanda dövlət hesabına aviaparkın yenilənməsi təklif edilir
Report

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanda son dövrlərdə ölkədən maliyyə vəsaitlərin axını artıb. "Report"un verdiyi xəbərə görə, bunu parlamentin bugünkü plenar iclasında deputat Zahid Oruc bildirib: "Xüsusilə də Azərbaycandan Gürcüstana maliyyə axını çoxalıb".

"Gürcüstan Azərbaycandan bütün parametrlər üzrə zəifdir. Lakin həmin ölkəyə investisiya qoyuluşu artır. Buna görə də Azərbaycanda qənaət rejiminə keçməklə yanaşı digər addımlar da atılmalıdır. İnstitusional idarəetməni dərinləşdirmək lazımdır", - deyə millət vəkili qeyd edib.

Z.Oruc əlavə edib ki, "Azərenerji" ASC-nin borcu 1 mlrd. manata yaxınlaşır: "Sosialyönümlü oğurluqlar artıb. Manatın dayanıqlığını möhkəmləndirmək üçün hökumətin daha ciddi tədbirlər görməsinə ehtiyac var".

Deputat Əli Məsimli isə bidirib ki, ölkədə vahid pul kredit siyasətinin həyata keçirilməsi vaxtıdır: "Əgər böhrandan tez çıxmaq istəyiriksə, koordinasiya gücləndirilməli, maliyyə və pul-kredit siyasəti yalnız məzənnə, inflyasiya kimi amilləri nəzərə almamalı, həm də yeni iş yerlərinin açılması, yəni ümumilikdə iqtisadiyyatın inkişafına da təkan verməlidir. Həmçinin, büdcə mexanizmlərində təkmilləşdirmə aparılmalıdır".

Millət vəkili Tahir Kərimli isə qeyd edib ki, hava yolları sahəsinə daha çox vəsait ayırmaq lazımdır ki, ölkə üçün müasir təyyarələr alınsın. O, təkcə son dövrlər Əfqanıstanda Azərbaycana məxsus iki təyyarənin qəza etməsini və bunun səbəbinin həmin təyyarələrin köhnə olması ilə bağlı olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi