Azərbaycanda dövlət büdcəsinin kəsiri azalıb

Azərbaycanda dövlət büdcəsinin kəsiri azalıb Büdcənin yanvar-iyul ayları üzrə icra göstəriciləri açıqlanıb
Maliyyə
15 Avqust , 2017 11:42
Azərbaycanda dövlət büdcəsinin kəsiri azalıb
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 410,7 mln. manat, xərcləri 9 765,6 mln. manat təşkil edib.

“Report” Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir ki, büdcənin icrasında 354,9 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,9%-i qədər kəsir yaranıb.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7 724,8 mln. manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 8 193,7 mln. manat xərclənib. Büdcənin icrasında yaranmış 468,9 mln. manatlıq kəsir ÜDM-in 1,5%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi