2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin ehtiyat fondunun 110 milyon manat olması nəzərdə tutulub.
“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Sənədlərə əsasən, bu, 2019-cu illə müqayisədə 10% çoxdur.
Gələn il ölkə Prezidentinin ehtiyat fondunun builki qədər - 300 milyon manat olması planlaşdırılır.