Azərbaycanda dövlət büdcəsinə borclar artıb

Azərbaycanda dövlət büdcəsinə borclar artıb 2019-cu ildə Azərbaycanda dövlət büdcəsinə olan borcların artması müşahidə edilib, bu maliyyə sanksiyaları və faiz borcları üzrə artımlar hesabına baş verib, əsas məbləğ üzrə borc azalma meylli olub.
Maliyyə
4 İyun , 2020 16:31
Azərbaycanda dövlət büdcəsinə borclar artıb

2019-cu ildə Azərbaycanda dövlət büdcəsinə olan borcların artması müşahidə edilib, bu maliyyə sanksiyaları və faiz borcları üzrə artımlar hesabına baş verib, əsas məbləğ üzrə borc azalma meylli olub. 

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəydə həmçinin deyilir ki, vergi orqanlarının təmin etdiyi büdcə gəlirləri barədə hesabatlara əsasən, 2019-cu ilin sonuna dövlət büdcəsinə olan borclar ilin əvvəli ilə müqayisədə ümumilikdə 102,6 milyon və yaxud 9,3% artaraq 1 207,8 milyon manat, o cümlədən verginin əsas məbləği üzrə 4,4 milyon manat və yaxud 0,5% azalaraq 824,3 milyon manat, maliyyə sanksiyaları üzrə 42,8 milyon manat və yaxud 37,1% artaraq 158 milyon manat, faiz borcları üzrə isə 64,3 milyon manat və yaxud 40,1% artaraq 224,5 milyon manat təşkil edib.

Ümumi borc artımının 75 milyon manatı ötən ilin dekabr ayının payına düşüb.

Son xəbərlər

Orphus sistemi