Yuxarı
    Bağlamaq

    Azərbaycanda dolların satış məzənnəsi 1,70 manatdan aşağı düşüb

    Report: Lakin ilin sonuna doğru dolların yenidən bahalaşacağı istisna edilmir

    Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın nağd valyuta bazarında ABŞ dollarının satış məzənnəsi 1,70 manatdan aşağı düşüb. 

    "Report" xəbər verir ki, "Amrahbank" ASC-nin filiallarında dolların satış məzənnəsi 1,6995 AZN/USD-yə kimi geriləyib. Qeyd edək ki, yay aylarından etibarən Azərbaycanın nağd valyuta bazarında dollar 1,70 manatadan baha satılıb.

    "Report"un analitik qrupu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankla (AMB) bu həftə keçirdiyi növbəti valyuta hərraclarında hazırda 1,7001 AZN/USD olan rəsmi məzənnənin geriləyə biləcəyini bildirir. Dolların məzənnəsinin azalmasına səbəb kimi qlobal bazarda dolların ucuzlaşması və neftin qiymətinin yüksəlməsi amilləri göstərilir.

    "Report"un analitik qrupu nağd valyuta bazarında dolların məzənnəsinin 1,63-1,65 AZN/USD, rəsmi məzənnənin isə 1,67 AZN/USD səviyyəsinə qədər geriləyə biləcəyini ehtimal edir: "Lakin ilin sonuna doğru dolların məzənnəsində yenidən artım baş tutacağı istisna olunmur". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi