Azərbaycanda dolların rəsmi məzənnəsi rekord həddə çatıb

Azərbaycanda dolların rəsmi məzənnəsi rekord həddə çatıb Sabah rəsmi məzənnə 1,6490 AZN/USD olacaq
Maliyyə
1 Noyabr , 2016 17:10
Azərbaycanda dolların rəsmi məzənnəsi rekord həddə çatıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6490 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin 0,67% yüksəlməsi deməkdir.

Qeyd edək ki, oktyabrın 28-də və 31-i və noyabrın 1-də də rəsmi məzənnə 1,6381 AZN/USD olub.

Xatırladaq ki, sonuncu dəfə dolların maksimal rəsmi məzənnəsi bu il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi