Yuxarı
    Bağlamaq

    Azərbaycanda dolların məzənnəsi 15 həftəlik minimuma enib

    AMB dolların rəsmi məzənnəsini 20 günə tarixi rekorddan 6,3% aşağı salıb

    Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi ilk dəfə olaraq 21 dekabr devalvasiyasındakı həddən (1,55 AZN/USD) aşağı enərək, sabah, martın 31-nə 1,5421 manat səviyyəsində müəyyən edilib. 

    "Report" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dollar üçün rəsmi məzənnəsinin maksimal həddi martın 11-də 1,6456 AZN/USD səviyyəsində qeydə alınıb. Və 20 gün ərzində AMB dolların məzənnəsini tarixi rekord həddən 0,1035 manat və ya 6,3% ucuzlaşdıraraq 15 həftəlik minimuma endirib.

    "Report"un analitik qrupu dolların məzənnəsinin qlobal maliyyə və xammal bazarlarındakı müsbət konyunkturadan asılı olaraq bir qədər də azalacağını proqnozlaşdırır. Yaxın 2-3 ayda rəsmi məzənnənin 1,40-1,45 AZN/USD səviyyəsinə kimi geriləyəcəyi və bundan sonra AMB-nin manat intervensiyasına (dollar alışına) başlayacağı ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi