Yuxarı

Azərbaycanda dollar bahalaşıb

Rusiya rublu da bahalaşıb, avro isə ucuzlaşıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi 0,0009 manat və ya 0,09% artaraq 1,0496 manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, avronun rəsmi məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Avro 1,1521 manatdan 1,1482 manata düşüb.

Rusiya rublunun məzənnəsində də artım qeydə alınıb və məzənnə 0,0185 manatdan 0,0190 manata yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi