Azərbaycan "Doing Business"də müəssisələrin açılması kateqoriyası üzrə ilk beşlikdədir

Azərbaycan "Doing Business"də müəssisələrin açılması kateqoriyası üzrə ilk beşlikdədir "Ölkədə sahibkarların elektrik enerjisi şəbəkəsinə qoşulması proseduru da sadələşib"
Maliyyə
25 Oktyabr , 2016 19:24
Azərbaycan Doing Businessdə müəssisələrin açılması kateqoriyası üzrə ilk beşlikdədir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda son bir il ərzində aparılan 3 əsas islahat "Doing Business 2017" hesabatına daxil edilib. 

"Report" xəbər verir ki, bunlar elektrik təchizatına qoşulma, vergitutma və beynəlxalq ticarətlə bağlı aparılan islahatlardır: "Azərbaycan elektrik təchizatına qoşulmaqla bağlı islahata görə 105-ci yerdədir. Vergitutma bazasının təkmilləşdirilməsi üzrə aparılan islahalara görə isə 40-cı yerə sahiblik edir. Xüsusən də avtomobil nəqliyyatına tətbiq edilən vergilərin yığışdırılması əhəmiyyətli addımdır. Azərbaycan beynəlxalq ticarət zamanı rəsmiləşdirilmənin asanlaşdırılmasına görə isə 3-cü yerdədir".

Bundan başqa, Azərbaycan 2015-2016-cı illərdə hesabatda qiymətləndirilən 10-dan artıq istiqamət üzrə üç və daha çox sahədə tənzimləmə ilə bağlı islahatları həyata keçirən 35 ölkə arasındadır.

Sənədə görə, Azərbaycanda sahibkarların elektrik enerjisi şəbəkəsinə qoşulması proseduru da sadələşib: "Əgər 2015-ci ildə bu 77 günə başa gəlirdisə, indi 69 günə başa gəlir".

Hesabatda deyilir ki, Azərbaycanda müəssisələrin açılması üzrə aparılan islahatlar daha effektiv olub: "Bu kateqoriya üzrə 190 ölkə arasında Azərbaycan 5-cidir. Ən pis isə inşaata icazə üzrədir. Çünki ən azı 18 qurumdan icazə almaq lazımdır. Buna görə də Azərbaycan 190 ölkə arasında 127-ci yerdədir. Rəsmi Bakı daşınmaz əmlakın qeydiyyatı üzrə isə 22-ci yerdədir. Azərbaycan kreditləşmə üzrə 190 ölkə arasında 118-ci yerdədir".

Sənəddə həmçinin Azərbaycan müflisləşmə proseslərinin rəsmiləşdirilməsi üzrə reytinqdə 190 ölkə arasında 86-cı yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi