​Azərbaycanda devalvasiyadan sonra bivalyuta səbətinin məzənnəsi 1,2% azalıb

​Azərbaycanda devalvasiyadan sonra bivalyuta səbətinin məzənnəsi 1,2% azalıb "Report": Manatın möhkəmlənməsi məqsədəuyğun deyil
Maliyyə
4 Avqust , 2015 16:31
​Azərbaycanda devalvasiyadan sonra bivalyuta səbətinin məzənnəsi 1,2% azalıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasından sonra manatın bivalyuta səbətinə nəzərən rəsmi məzənnəsi ötən dövrdə 1,2% möhkəmlənib. Bu, "Report"un analitik qrupu tərəfindən aparılan hesablamalar nəticəsində müəyyənləşib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2008-ci ilin pul siyasətinə uyğun olaraq həmin il martın 11-dən məzənnə siyasətini ABŞ dolları və avronun daxil olduğu valyuta səbəti mexanizmi vasitəsilə həyata keçirir.

Səbətin strukturunu mərhələlərlə optimallaşdırmaq və nominal effektiv məzənnəyə təsiri daha da gücləndirmək məqsədilə AMB 2008-ci il iyunun 1-dən etibarən dollar və avronun səbətdə paylarını müvafiq olaraq 70% və 30% səviyyəsində müəyyənləşdirib. Nəticədə həmin gün valyuta səbətinin məzənnəsi 0,9613 manata bərabər olub.

Qeyd edək ki, 2015-ci il fevralın 21-də aparılan devalvasiyadan sonra ilk gün səbətin məzənnəsi 1,0935 manat, dünən, avqustun 3-də isə 1,0802 manat təşkil edib.

"Report"un analitikləri bildirir ki, milli valyutanın möhkəmlənməsi öz növbəsində Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transfertlərin xarici valyutada həcmini artırır: "Lakin dünya bazarında neftin qiymətinin azaldığı bir dövrdə AMB-nin tam əks hərəkət edərək hiss olunmadan, çox cüzi addımlarla manatın valyuta səbətinə nəzərən məzənnəsini zəiflətməsi daha məqsədəuyğun olar. Bunun il ərzində tempi manatla yerləşdirilən bank depozitlərinin orta illik gəlirliyindən aşağı olmalıdır. Çünki əks halda depozit sahiblərinin banklara depozit yatırmağa marağı qalmayacaq. Yəni depozit sahiblərinin real qazanc əldə edə bilmələri təmin edilməlidir".

Son xəbərlər

Orphus sistemi