Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda devalvasiyadan daha çox zərər çəkən banklar məlum olub

    Fitch agentliyi: Atabank və Expressbank bu prosesdən daha uğurla keçib

    Bakı. 11 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın "AG Bank" və "Bank Technique" ASC-nin uzunmüddətli xarici valyuta reytinqini yenidən "B-" səviyyəsində təsdiq edib, lakin reytinq üzrə dayanıqlığını "stabil"dən "neqativ"ə dəyişib.

    "Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, bununla yanaşı, "Fitch" daha 4 Azərbaycan bankının reytinqini sabit saxlayıb. Bu, "Unibank", "Demirbank", "Expressbank" ve "Atabank" ASC-dir. Hər birinin reytinqi "B" səviyyəsində, reytinq üzrə proqnoz isə "stabil" olaraq təsdiq edilib.

    Agentlik qeyd edir ki, dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən zəifləyən Azərbaycanın bank sektoru və bu ilin fevralında baş verən manatın 34%-lik devalvasiyasının təsiri adları sadalanan son 4 banka nisbətən az təsir edib. "Unibank" və "Dəmirbank"ın proqnozları "pozitiv"dən "stabil"ə endirilib. Buna səbəb kimi mürəkkəb maliyyə şəraitində xüsusilə "Unibank"ın balansının dollarlaşma səbəbi ilə pisləşmə ehtimalı göstərilib.

    "AG Bank" və "Bank Technique" isə fevral ayında kapitalın adekvatlığı tələbnaməsinə riayət etməyib. Ötən ilin sonunda "Bank Technique"in açıq valyuta mövqeyinin kapitala nisbəti 100%, "AG Bank"da 87% olub. Nəticədə, "devalvasiya nəticəsində "Bank Technique" 21 mln. manat (məcmu kapitalın 31%-i), "AG Bank" isə 10 mln. manat (məcmu kapitalın 19%-i) zərər şəkiblər. "Fitch"in hesablamalarına əsasən, hər iki bankın kapital adekvatlığı 8%-dən aşağı düşüb (hazırkı tələbnamə 12%-dir).

    Bununla yanaşı qeyd olunur ki, "Unibank" və "Dəmirbank"da kapital adekvatlığı əmsalı 2014-cü ilin sonuna müvafiq olaraq 16,5% və 15,9 % təşkil edib. "Fitch" devalvasiya nəticəsində bu bankların müvafiq əmsallarının 3 faiz bəndi aşağı düşdüyünü ehtimal edir. Hər iki bankın açıq valyuta mövqeyi kapitalın 25%-dən az olduğu üçün əmsalları devalvasiyadan bir bənd itirib, digər iki bənd isə dollarda olan aktivlərin 35%-nin inflyasiyaya məruz qalması səbəbindən (manat ekvivalentində artması nəticəsində) baş verib.

    "Atabank" devalvasiyadan uzun açıq valyuta mövqeyində, "Expressbank" isə cüzi açıq valyuta mövqeyində olduqlarından kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 16,2% və 44,5% təşkil edib.

    Qeyd edək ki, "Unibank" və "Expressbank"da aktivlərin mənfəətliliyi (ROA, 2014-cü ilin sonuna) müvafiq olaraq 4,6% və 5,3%, "Dəmirbank"da 1,3%, "Atabank"da 1,5%, "AG Bank"da və "Bank Technique"də 0,5% olub. Son 4 bank depozit cəlb etməsinə baxmayaraq, vəsaitlərini tam olaraq yerləşdirə bilməyiblər. Nəticədə, bu banklarda faiz itkisi və əmanətlərin dollara konvertasiyasından yaranan risklər artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi