Yuxarı

Azərbaycanda depozitlərin həcmi sentyabrda 2 mlrd. manata yaxın azalıb

Azərbaycanda depozitlərin həcmi sentyabrda 2 mlrd. manata yaxın azalıb

51

Bu azalma ABB-də aparılan sanasiya tədbirləri ilə bağlı olub

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunda cəmi depozitlərin həcmi 2017-ci ilin sentyabr ayı ərzində 1 957,3 mln. manat və ya 18,75% azalaraq oktyabrın 1-nə 8 480,6 mln. manata enib. Hesabat dövründə əhalinin banklarda xarici valyutada yerləşdirilən əmanətlərində 63,3 mln. manat və ya 1,27% artım olub və əmanətlərin həcmi 5 040,4 mln. manata yüksəlib.

"Report"un analitik qrupu bildirir ki, depozitlərin azalmasına səbəb Azərbaycan Beynəlxalq Bankında (ABB) aparılan sağlamlaşdırma tədbirləri olub. Nəticədə, maliyyə təşkilatlarının kredit təşkilatlarında yerləşdirdiyi depozitlərin həcmi 2 042,8 mln. manat və ya 48,98% azalaraq 2 127,5 mln. manata geriləyib. Geriləmə əsasən xarici valyutada olan depozitlərin azalması hesabına baş verib. Belə ki, sentyabr ayı ərzində maliyyə təşkilatlarının kredit təşkilatlarında xarici valyutada yerləşdirdiyi depozitlərin həcmi 2 045 mln. manat və ya 53,4% azalaraq 1 783,3 mln. manata düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi