Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı ​noyabrda azalıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı ​noyabrda azalıb Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78%-i yaşayış evləri və mənzillərlə bağlı olub
Maliyyə
2 Dekabr , 2014 18:06
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayı ​noyabrda azalıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 344 sığorta müqaviləsi bağlanıb. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Bundan daşınmaz əmlakın icbari sığortası üzrə 12 049, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 262, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 33 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 999,3 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23,5 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 17,9 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,7%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,4% azalma müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,1%-i yaşayış evləri və mənzillər, 0,1%-i inzibati binalar, 21,8%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Ümumilikdə 2014-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 142 343 sığorta müqaviləsi bağlanıb ki, bu sığorta müqavilələri üzrə 14,746 mln. manat sığorta haqqı toplanıb.

Son xəbərlər

Orphus sistemi