Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 55% azalıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 55% azalıb ​Yanvar ayında bu sığorta növü üzrə 7 535 müqavilə bağlanıb
Maliyyə
11 Fevral , 2017 17:12
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 55% azalıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 7 535 sığorta müqaviləsi bağlanıb, bu müqavilələrin hesabına daxil olan sığorta haqlarının məbləği isə 2,6 mln. manat təşkil edib.

"Report"un İcbari Sığorta Bürosuna istinasən verdiyi xəbərə görə, müqavilələrin 69,7%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 29,9%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqavilələrinin sayında 43% artım, sığorta haqlarının məbləğində isə 55% faiz azalma müşahidə edilib. 

Yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 557, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılıb.

Hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “AXA MBASK”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta”, “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi