Yuxarı

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı yanvarda 3% artıb

Bu müqavilələrin 56%-i yaşayış evləri və mənzillər, 1%-i inzibati binalar, 43%-i digər daşınmaz əmlakla bağlı olub

Bakı. 5 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycanda daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7,4 mindən çox sığorta müqaviləsi bağlanıb. Bu barədə "Report"a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

Hesabat ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 760, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 657, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 4 114 323 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 45 480 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 822 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında isə təxminən 2 dəfə artım müşahidə olunub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 1%-i inzibati binalar, 43%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış daşınmaz əmlakın şəhər və rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi