Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı kəskin azalıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı kəskin azalıb ​Fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 904 müqavilə bağlanıb
Maliyyə
1 Mart , 2016 16:50
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı kəskin azalıb

Bakı. 1 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 5 904 sığorta müqaviləsi bağlanıb.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 755 887 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 64%-i yaşayış evləri və mənzillər, 1%-i inzibati binalar, 35%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 56%, sığorta haqlarının məbləğində isə 80% azalma müşahidə edilib.

Fevral ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 373, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 21 960 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 178 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi