Azərbaycanda daha bir müəssisə listinqə qəbul edilib

Azərbaycanda daha bir müəssisə listinqə qəbul edilib “Şəki Su Tikinti”nin səhmləri ticarətə buraxılıb
Maliyyə
21 İyun , 2017 16:29
Azərbaycanda daha bir müəssisə listinqə qəbul edilib
Report

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Şəki Su Tikinti ASC” Birjanın alternativ bazar seqmentində listinqə daxil edilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, müəssisənin hər birinin nominal dəyəri 2 manat olan 28 857 ədəd adi səhmi ticarətə buraxılıb.

Qiymətli kağızların satışına sabahdan başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi