Yuxarı

Azərbaycanda daha iki bank müflis elan edilib - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu bu iki bankın ləğvedicisi olub

İlk xəbər saat 14:43-də verilib

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) lisenziyası ləğv edilmiş "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin ləğvedicisi elan edilib. Bu barədə "Report"a Fonddan bildirilib.

Məlumata görə, bununla bağlı qərar 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ötən gün qəbul edilib. Söhbət 2-1(81)-1594/2016 saylı Qərardaddan gedir. Bununla da hər iki bank rəsmən müflis elan edilib.

***

Buna uyğun olaraq ADİF bəyan edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba əsasən, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq, 16 avqust banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. Qanunun 28.1-ci maddəsinə əsasən, 7 təqvim günü ərzində kredit təşkilatlarının qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi