Azərbaycanda daha iki bank bağlanıb

Azərbaycanda daha iki bank bağlanıb AMB bu gün "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-nin bank lisenziyalarını ləğv edib
Maliyyə
27 Yanvar , 2016 16:52
Azərbaycanda daha iki bank bağlanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən bu banklara müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi