​Azərbaycanda daha bir lizinq şirkəti istiqraz emissiyasına hazırlaşır

​Azərbaycanda daha bir lizinq şirkəti istiqraz emissiyasına hazırlaşır İstiqrazlar üzrə illik gəlirlik 12% təşkil edir
Maliyyə
11 Fevral , 2015 11:01
​Azərbaycanda daha bir lizinq şirkəti istiqraz emissiyasına hazırlaşır

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unileasing" ASC-nin faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlarının emissiya prospektini qeydə alıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında (BFB) həyata keçiriləcək.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi hər bir istiqrazın nominal dəyəri 1 min ABŞ dolları olmaqla 5 mln. dollar təşkil edir. İstiqrazların gəlirliyi illik 12% təkil edir, tədavül müddəti 3 ildir. Emissiyanın anderrayreyi qismində "Unicapital" ASC çıxış edəcək.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi