​Azərbaycanda daha bir investisiya şirkətinə lisenziya verilib

​Azərbaycanda daha bir investisiya şirkətinə lisenziya verilib Ölkədəki investisiya şirkətlərinin ümumi sayı 6-ya çatıb
Maliyyə
17 Avqust , 2016 14:13
​Azərbaycanda daha bir investisiya şirkətinə lisenziya verilib

Bakı. 17 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "PSG Kapital İnvestisiya Şirkəti" QSC-yə əsas və yardımçı investisiya xidmətləri göstərmək üçün lisenziya verib. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, qurum həmçinin "PSG Kapital"ın səhm emissiyasını qeydə alıb. Emissiya qapalı üsulla hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhmin yerləşdirilməsini nəzərdə tutur. Bu, Şirkətə nizamnamə kapitalını formalaşdırmağa imkan verib.

Xatırladaq ki, "PSG Kapital İnvestisiya Şirkəti" 2012-ci ildən fəaliyyət göstərən "PSG Broker" MMC-nin bazasında, bu il yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib.

Bundan sonra "PSG Broker" təşkilati-hüquqi formasını və adını dəyişərək "PSG Broker İnvestisiya Şirkəti"nə çevrilib. Daha sonra bu ad "PSG Kapital İnvestisiya Şirkəti" adı ilə əvəz olunub.

"PSG Kapital"la yanaşı Azərbaycanda daha 5 şirkət - "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, "AzFinance İnvestisiya Şirkəti" QSC, "Kapital Menecment İnvestisiya Şirkəti" ASC, "Unicapital İnvestisiya Şirkəti" ASC və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC fond bazarında fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Son xəbərlər

Orphus sistemi